Bütün xəbərlər
Yevgeniya Qutsul qırılmadığını və öz Qaqauziyası üçün mübarizə aparacağını bildirib
Tarix: 05-08-2025 18:01 | Bölmə: Siyasət

7 il həbs cəzası alan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul qaqauz xalqını təslim olmamağa çağırıb və mübarizəni davam etdirmək niyyətində olduğunu bildirib; onun sözlərini istintaq təcridxanasından “Pobeda” blokundan olan deputat Vadim Fotesku çatdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə axşamı Kişinyovda Qutsul Moldovada qadağan edilmiş Şor partiyasını maliyyələşdirmək işi üzrə 7 il həbs cəzasına məhkum edilib. Qutsul cəzanı siyasi repressiya adlandırıb.
Qaqauziyanın rəhbərini istintaq təcridxanasında ziyarət edən Fotesku qaqauz xalqına öz təşəkkür sözlərini çatdırıb.
"...O, döyüşçüdür, öz Qaqauziyası uğrunda mübarizəni davam etdirəcək. Bu çətin zamanda bütün qaqauz xalqına salamlar göndərir və onları təslim olmamağa və bütün muxtariyyət üçün xoşbəxt gələcək uğrunda mübarizəni davam etdirməyə çağırır", - RİA Novosti deputatın sözlərini sitat gətirir.
Moldova hakimiyyəti Qutsuldan başqa digər müxalifət siyasətçilərini də təqib edir; xüsusi xidmət orqanlarının səlahiyyətlərini genişləndirməyə hazırlaşırlar, bunun məqsədi müxalifət namizədlərini izahatsız olaraq qeydə almaqdan imtina etməkdir.
Bir neçə gün əvvəl Moldova Ali Məhkəməsi müxalifətin “Qələbə” blokunun seçkilərdə iştirakına icazə verməyib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər