Bütün xəbərlər
TASS: Vitkoff avqustun 6-da Rusiyaya gələ bilər
Tarix: 04-08-2025 15:47 | Bölmə: Siyasət

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff avqustun 6-da Rusiyaya səfər edə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-a mənbələr, o cümlədən amerikalı nümayəndələr bildiriblər.
Həmsöhbətlərdən birinin sözlərinə görə, Vitkoffun səfərini avqustun 6-da gözləmək olar.
“Biz diqqəti çərşənbə gününə yönəldirik”, - həmsöhbətlərdən biri bildirib. “Plana görə, avqustun 6-sı”, - başqa mənbə təsdiqləyib.
Bundan əvvəl ABŞ lideri Donald Tramp bildirmişdi ki, Vitkoff bu həftə - çərşənbə və ya cümə axşamı Rusiyaya səfər edə bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə bildirib ki, bu həftə Rusiya prezidenti Vladimir Putinlə Vitkoff arasında görüş istisna deyil.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər