Bütün xəbərlər
Hindistan Xarici İşlər Nazirliyi: Yeni Dehli-Moskva tərəfdaşlığı zamanın sınağından çıxdı
Tarix: 01-08-2025 18:54 | Bölmə: Siyasət

Yeni Dehli və Moskva arasındakı tərəfdaşlıq zamanın sınağından çıxdı.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə respublikanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval çıxış edib.
Caisval həmçinin Hindistan və Rusiya arasındakı münasibətləri sabit adlandırıb.
"Hər hansı ölkə ilə əlaqələr və ya bizim müxtəlif ölkələrlə olan bütün əlaqələr - onların öz dəyəri var və onlara üçüncü ölkə prizmasından baxmaq olmaz", - diplomat Rusiya ilə Hindistan arasında münasibətlərin xarakterində mümkün dəyişiklik barədə sualı cavablandırarkən qeyd edib.
ABŞ prezidenti Donald Tramp avqustun 1-də Hindistandan idxala 25 faiz rüsum tətbiq edib.Bundan başqa, Tramp Rusiyadan enerji resurslarının alınmasına görə də cərimə kəsib.
İqtisadçı Çirkov Hindistanın ABŞ-ın hərəkətlərinə baxmayaraq, Rusiya neftindən imtina etməyəcəyi fikrini bildirib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər