Bütün xəbərlər
Overçuk: "Rusiya Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır"
Tarix: 24-07-2025 19:53 | Bölmə: Siyasət

Rusiya Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə hazırlaşır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya 1” telekanalına müsahibəsində baş nazirin müavini Aleksey Overçuk deyib.
O, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın baş naziri Mixail Mişustinin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı istək nümayiş etdirdiklərini vurğulayıb.
"Biz əməkdaşlığımızı inkişaf etdirməyə və təbii ki, ölkələrimiz arasında ənənəvi olaraq mövcud olan bütün mümkün əlaqələri genişləndirməyə hazırıq. Və bu baxımdan, biz bu il müşahidə etdiyimiz ticarət dövriyyəsinin azalmasından narahat olmaya bilmərik və bu narahatlığımızı ifadə etdik", - Overçuk bildirib.
Baş nazirin müavini qeyd edib ki, Rusiya, Belarus, Qazaxıstan və Ermənistanı çox geniş gündəm birləşdirir. Overçuk əlavə edib ki, hökumət başçılarının görüşü zamanı Belarusla energetika sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.
"Biz Qazaxıstanla kənd təsərrüfatı sahəsində, Xəzər dənizində gəmiçiliyin inkişafı sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Bildiyimiz kimi, indi dayazlaşır. Bu, hamımızı narahat edir", - baş nazirin müavini vurğulayıb.
O, həmçinin qeyd edib ki, Paşinyan Mişustinə Ermənistanın Aİİ-də qalmaq niyyətini təsdiqləyib.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər