Bütün xəbərlər
Rusiya və İran müdafiə nazirləri Moskvada danışıqlar aparıblar
Tarix: 21-07-2025 22:30 | Bölmə: Siyasət

Moskvada Rusiyanın müdafiə naziri Andrey Belousovla iranlı həmkarı Əziz Nəsirzadə arasında danışıqlar olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
Tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.
"Görüşün məqsədi müdafiə və hərbi sahədə ikitərəfli əməkdaşlığı gücləndirmək olub", - diplomat IRNA agentliyinə müsahibəsində bildirib.
Bundan əvvəl Kremldə Rusiya prezidenti Vladimir Putin və Ayətullah Xameneinin müşaviri Əli Laricani arasında danışıqlar olub. İran nümayəndəsi Rusiya liderinə Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında gərginləşən vəziyyətlə bağlı öz qiymətləndirməsini çatdırıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər