Bütün xəbərlər
Rusiyanın Aşqabaddakı səfiri: "Lavrovun Türkmənistana səfəri iyunun sonunda gözlənilir"
Tarix: 11-06-2025 22:09 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun sonunda Türkmənistana rəsmi səfər edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiyanın Aşqabaddakı səfiri İvan Volınkin Rusiya Günü münasibətilə keçirilən qəbulda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda xarici siyasət idarəsinin rəhbərinin səfərinə fəal hazırlıq gedir.
"Biz gözləyirik ki, Sergey Viktoroviç Lavrovun artıq iyunun sonunda Aşqabada səfəri olacaq", - səfir bildirib.
İvan Volınkin əlavə edib ki, müntəzəm Rusiya-Türkmən dialoqu dövlətlərarası münasibətlərin bütün spektrinin inkişafına təsir edən ən mühüm amildir. O vurğulayıb ki, ölkələr birgə "yeni üfüqlərə doğru irəliləməyə" davam edəcəklər.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər