Bütün xəbərlər
Rusiya nüvə sənayesinə qarşı sanksiyalar Aİ sanksiyalarının 18-ci paketinə daxil edilməyib
Tarix: 10-06-2025 18:33 | Bölmə: Siyasət

Rusiyanın nüvə sənayesinə qarşı sanksiyalar 18-ci sanksiyalar paketinə daxil edilməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gözləntilərə baxmayaraq, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin təqdim etdiyi Aİ-nin Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketi layihəsinə Rusiyanın nüvə sənayesi və nüvə ixracına qarşı sanksiyalar daxil edilməyib.
Brüsseldə keçirdiyi mətbuat konfransı zamanı fon der Leyen partlamış Şimal axınına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı təkliflər səsləndirib. Bundan əlavə, AK rəhbəri banklara və tankerlərə qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflərə diqqət çəkib.
Eyni zamanda, nə fon der Leyen, nə də Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Rusiyanın Avropadakı nüvə layihələrindən və ya Rusiyadan AES-lər üçün yanacaq tədarükündən bəhs etməyib.
Mətbuat konfransı zamanı fon der Leyen Rusiya neftinin "qiymət tavanını" bir barel üçün 60 dollardan 45 dollara endirmək planlarını da açıqlayıb.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər