Bütün xəbərlər
Ukrayna Xarici İşlər Nazirliyi: Rusiya ilə danışıqların üçüncü raundundan danışmaq hələ tezdir
Tarix: 10-06-2025 18:30 | Bölmə: Siyasət

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bildirib ki, Rusiya ilə danışıqların üçüncü raunduna hazırlıq barədə danışmaq hələ tezdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun xatırlatdığına görə, hazırda tərəflər arasında mürəkkəb məhbus mübadiləsi prosesi gedir.
“Hazırda hər hansı hazırlıq (Ukrayna və Rusiya arasında danışıqların yeni raundu üçün – red.) haqqında danışmaq hələ tezdir”, – “RBK – Ukrayna” nəşrinin Telegram kanalı Tixiyin sözlərini sitat gətirir.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsini mürəkkəb humanitar məsələlər adlandırıb.
"Eyni zamanda, biz tərəfdaşlarımızı daha heç nə gözləməməyə çağırırıq", - Tixiy əlavə edib.
İyunun 2-də İstanbulda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilib, tərəflər münaqişənin həllinə dair memorandum mübadiləsi aparıblar.
İyunun 6-da Rusiya Federasiyası Ukrayna Silahlı Qüvvələrinin 6000-dən çox həlak olmuş hərbçisinin cəsədinin Ukraynaya təhvil verilməsi üçün humanitar aksiya həyata keçirməyə başlayıb, lakin tarix əvvəlcədən elan olunsa da, Ukrayna tərəfi güman edilən mübadilə yerinə gəlməyib.
İyunun 9-da Rusiya Müdafiə Nazirliyi Kiyevin yaşı 25-dən az olan rus hərbi əsirlərinin birinci qrupunu Rusiyaya qaytardığını bildirib.



Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər