Bütün xəbərlər
"Axios": Mask və Trampın münaqişəsi qızğın mübahisədən sonra sona çatıb
Tarix: 06-06-2025 19:25 | Bölmə: Siyasət

Milyarder İlon Mask və ABŞ prezidenti Donald Tramp son mübahisədən sonra sosial mediada daha dinc ritorikaya keçiblər, "Axios" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlər Tramp və Maskın ictimai reaksiyadan sonra qarşıdurmanın intensivliyini azaltmağa qərar verərək sosial mediada bir-birləri haqqında sərt mesajlar yazmağı dayandırdıqlarını və fikir ayrılıqlarını həll etmək üçün görüşməyə razılaşdıqlarını müşahidə ediblər.
İyunun 5-də siyasətçi və iş adamı ABŞ-ın dövlət büdcəsi ilə bağlı münaqişə ilə əlaqədar sərt bəyanatlar verib. Bundan sonra Tramp Tesla elektrik avtomobilindən qurtulmaq qərarına gəlib. ABŞ prezidenti qırmızı elektromobilini satmaq, hətta kiməsə hədiyyə etmək niyyətindədir.
Maskla bağlı ictimai qalmaqala görə Tramp bir gündə 1,1 milyard dollardan çox itirdi və Maskın Tesla səhmləri də ucuzlaşmağa başladı. İctimai qınaq zamanı Tramp Maskın sadəcə olaraq “dəli olduğunu” iddia etdi və Mask hətta Amerika prezidentinin pedofiliya işində iştirakına eyham vurdu. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Starlink səhmləri üçün Tramp və Maskı barışdırmağı təklif edib.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər