Bütün xəbərlər
Peskov: "Rusiya Avropadan demokratiya dərsi almaq istəmir"
Tarix: 23-04-2025 20:55 | Bölmə: Siyasət

Avropanın Rusiyanı tənqid etmək cəhdləri davam edir, lakin Moskva ondan demokratiya dərsi almaq niyyətində deyil, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Peskovun onu da qeyd etdiyinə görə, Avropa hamıya demokratiya öyrətmək istəyinə baxmayaraq, özü də öz hüdudlarından kənara çıxır.
"Avropalılar bizə demokratiya öyrətmək istədilər, onlar (Rusiya prezidenti) Vladimir Putini davamlı tənqid etməyə başladılar. Biz avropalılardan daha dərs almaq istəmirik. Biz istəmirik ki, özünü ikiüzlü aparan kimsə bizə öyrətsin".
Bundan əvvəl Kremlin sözçüsü Rusiya liderinin nizamlanmanın həlli yollarını tapmaq üçün Avropa və Ukrayna ilə təmaslara hazır olduğunu bildirmişdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər