Bütün xəbərlər
Deputat Zatulin: "Altı ay ərzində hərbi əməliyyatlar dayandırılacaq"
Tarix: 22-04-2025 21:16 | Bölmə: Siyasət

Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar yaxın gələcəkdə dayandırılacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Rossiya” telekanalının “60 dəqiqə” verilişində deyib.
Onun fikrincə, Rusiya indi hərbi əməliyyatların son aylarının gərgin dövrünə qədəm qoyur.
“Vəziyyət o yerə doğru irəliləyir ki, hansısa gözlənilən müddət ərzində- çətin ki, bir neçə ayı, yarım ili keçsin, bəlkə də daha az, çox güman ki, hərbi əməliyyatlar dayandırılacaq”, - Zatulin bildirib.
O hesab edir ki, bu mərhələ bütün cəbhələrdə, həm hərbi, həm də diplomatik baxımdan ən gərgin və kəskin olacaq.
Bundan əvvəl ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirmişdi ki, Londonda keçiriləcək görüş ABŞ-ın Ukraynada atəşkəslə bağlı təkliflərini birləşdirə bilər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər