Bütün xəbərlər
Uşakov: "Rusiya və ABŞ arasında Ukrayna üzrə danışıqların nəticələri barədə danışmaq hələ tezdir"
Tarix: 22-04-2025 19:29 | Bölmə: Siyasət

Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar prosesindən hər hansı nəticənin əldə olunmasından danışmaq hələ tezdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
O bildirib ki, Ukrayna məsələsi ciddi və əsaslı şəkildə müzakirə olunur.
"Biz Ukraynanı kifayət qədər ciddi, hərtərəfli müzakirə edirik.Və hesab edirəm ki, dialoq bu həftə davam edəcək. Amma hansısa nəticəyə gəlincə, mənə elə gəlir ki, danışmaq hələ tezdir", - Uşakov bildirib.
Bundan əvvəl Yuri Uşakov bildirib ki, ABŞ Ukraynadakı münaqişənin mənşəyini anlayır, lakin Avropa və ABŞ-da anti-Rusiya əhval-ruhiyyəsi vəziyyətin həllinə mane olur.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər