09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
Səfir Neçayev onu Almaniyaya dəvət etməmək qərarına sakitcə yanaşıb
Tarix: 17-04-2025 21:54 | Bölmə: Siyasət

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Bundestaq rəhbərliyinin onu mayın 8-də İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş anım tədbirinə dəvət etməmək qərarına münasibətini bildirib.
Diplomat jurnalistlərə bildirib ki, onu Almaniyaya dəvət etməmək qərarına sakit yanaşır. O qeyd edib ki, Bundestaq rəhbərliyi Rusiya səfirinin Almaniya və Avropanın nasizmdən azad edilməsinə həsr olunmuş tədbirə dəvət edilməsini zəruri hesab etmirsə, bu, onların qərarıdır.
Neçayev hesab edir ki, qarşıdan gələn tarix ölkələri ayırmaq yox, birləşdirməlidir.Onun fikrincə, siyasi vəziyyət əcdadlarımızın şücaətinə və SSRİ və Almaniya xalqlarının müharibədən sonrakı unikal barışıq prosesinə münasibətə təsir etməməlidir.
Bundan əvvəl məlum olmuşdu ki, Rusiya və Belarus səfirləri İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı Almaniya Bundestaqında keçirilən anım tədbirlərinə dəvət edilməyib.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər