19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Gürcü siyasətçisi Pipia: "Vətəndaşlar Aİ-yə doğru hərəkət etməyin təhlükəsini anladılar"
Tarix: 10-04-2025 19:49 | Bölmə: Siyasət

Gürcüstan vətəndaşları ölkənin Avropa İttifaqına doğru addımının zərərli və təhlükəli olacağını anlamağa başlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın “Sülh naminə həmrəylik” partiyasının beynəlxalq katibi Mamuka Pipia “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Siyasətçi Gürcüstanda mövcud hakimiyyətin xidmətlərini qeyd edib.
"Hesab olunur ki, Gürcüstan xalqı 30 illik qış yuxusundan sonra ayılıb və Gürcüstan üçün nəyin yaxşı, nəyin pis olduğunu dərk edib. Bu, indiki hakimiyyətin böyük xidmətidir. Biz insanlara şərait yaratmışıq ki, Avropa İttifaqına və ya NATO-ya doğru hərəkət etmək ölkəmiz üçün zərərlidir, bu, təhlükəlidir. Bizim Avropa İttifaqı ilə sərhədimiz yoxdur, bu istiqamətdə hərəkət etmək bizim üçün fəlakət olardı."
Bu gün Gürcüstan əsl müstəqillik uğrunda mübarizə aparır və Qərb onun Rusiya ilə birləşməsindən qorxur, deyə, Mamuka Pipia yekunlaşdırıb.
2025-ci il aprelin 10-da Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Aİ-nin Gürcüstanla bağlı siyasəti qətiyyən qəbuledilməzdir. O, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenin bir sıra bəyanatlarından təəccübləndiyini bildirib.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər