19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Rusiya nümayəndə heyəti İstanbuldakı danışıqlar yerinə gəlib
Tarix: 10-04-2025 10:54 | Bölmə: Siyasət

TASS-ın müxbiri xəbər verir ki, İstanbulda Amerika tərəfi ilə görüş yerinə Rusiya nümayəndələrinin olduğu avtomobil gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avtomobilin Rusiyanın İstanbuldakı Baş Konsulluğunda dayandığı dəqiqləşdirilir. Artıq bir neçə onlarla jurnalist girişin qarşısına toplaşmışdı.
Mənbənin TASS-a verdiyi məlumata görə, Rusiya nümayəndə heyəti danışıqların başlaması ərəfəsində müsbət münasibət saxlayır.
Aprelin 10-da Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu keçiriləcək. Müzakirələrdə əsas diqqət ölkələrdə səfirliklərin işinin normallaşdırılmasına yönələcək.
Bundan əvvəl Rusiyanın Amerikadakı səfiri Aleksandr Darçiyev bildirib ki, diplomatların görüşünün məqsədi Rusiya diplomatik missiyalarının fəaliyyəti üçün sərt çərçivələr yaradan ABŞ-ın keçmiş prezidenti Co Baydenin zəhərli irsindən xilas olmaq olacaq.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər