Bütün xəbərlər
"Yaşıllar"ın lideri Hasselmann deyir ki, Merz partiyasında “Putin dostları” var
Tarix: 30-03-2025 19:12 | Bölmə: Siyasət


Almaniya Bundestaqında "Yaşıllar" fraksiyasının sədri Britta Hasselmann XDİ/CSU blokunun bəzi nümayəndələrini Rusiya ilə bağlı “birmənalı olmayan” bəyanatlarına görə tənqid edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazır.
Onun fikrincə, XDİ-nin sədr müavini Michael Kretschmer, deputatlar Tomas Bareis və Jan Heinisch Rusiyaya qarşı sanksiyaların yumşaldılması və Rusiya qazının alınması zərurəti ilə bağlı bəyanatlarına görə “Putinin dostlarıdır".
Hasselmann həmçinin yeni hökumətin qurulması ilə bağlı koalisiya danışıqlarında heç bir rol oynamamalı olduqlarını bildirib və XDİ sədri Fridrix Merzdən partiyasının Moskva ilə "əlaqələrini" tezliklə kəsməyə çağırıb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində Almaniyada hələ də çoxlu dostlarının olduğunu bildirmişdi.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər