Bütün xəbərlər
Professor Dizen: Zelenski ABŞ GLP ilə razılaşmayacaq
Tarix: 29-03-2025 15:52 | Bölmə: Siyasət

 Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Kiyev rejiminin başçısı Vladimir Zelenskinin ABŞ-la faydalı qazıntılar üzrə müqavilə imzalamaqdan imtina etdiyini bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dizen Vaşinqtonun reaksiyasının necə olacağı ilə maraqlanırdı.
O, sosial şəbəkədə yazıb: "Zelenski Trampın təklifini rədd etdi. O, mineral sövdələşməni qəbul etməyəcək, ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq və Putinlə birbaşa danışıqlar aparmayacaq".
ABŞ və Ukrayna arasında nadir torpaq metalları haqqında sazişin ilkin layihəsi dörd maşınla yazılmış səhifədə əksini tapmışdı. Sənəd Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp, ABŞ vitse-prezidenti J.D.Vens və Vladimir Zelenskinin görüşü zamanı baş verən qalmaqala görə imzalanmayıb. Sənəd layihəsi indi 60 səhifəyə qədər genişləndirilib və daha sərt tələbləri ehtiva edir.
Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, yeni saziş layihəsi Ukraynanın bütün mineral ehtiyatlarına təsir edir və ABŞ-a Ukrayna ehtiyatlarının digər ölkələrə satışına veto qoymaq hüququ verir. Bundan başqa, sənəddə Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti yoxdur və ona yalnız amerikalılar dəyişiklik edə biləcək.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər