Bütün xəbərlər
Ekspert Öztürk: "Türkiyə Rusiya ilə Ukrayna arasında münaqişənin tam dayandırılmasını istəyir"
Tarix: 28-03-2025 22:16 | Bölmə: Siyasət

 Türkiyə Ukraynada hərbi əməliyyatların tamamilə dayandırılmasını müdafiə edir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Antalyanın Akdeniz Universitetinin İqtisadi və İnzibati Elmlər Fakültəsinin Beynəlxalq Əlaqələr kafedrasının dosenti Mustafa Öztürk “Rossiya 24” telekanalına müsahibəsində bildirib.Onun sözlərinə görə, Ukrayna ətrafındakı münaqişə səbəbindən türklər Rusiyadan Türkiyəyə enerji təchizatında problemlərdən ehtiyat edirlər.
"Biz çox istəyirik ki, müharibə dayansın ki, Qara dənizdə daha risk olmasın.Çünki birincisi, bizim orada enerji məsələmiz var. Bilirsiniz, "Türk axını" var. Biz də enerjimizin 40 faizini Rusiyadan alırıq. Enerji almasaq, iqtisadiyyatımız çox pis vəziyyətə düşəcək.İkincisi, qardaş qardaşı öldürməsini istəmirik", - Öztürk bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ankaranın ədalətli və davamlı sülhün təmin edilməsi üçün istənilən dəstəyi verməyə hazır olduğunu təsdiqləyib.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər