Bütün xəbərlər
TASS: Rusiya-ABŞ danışıqlarının ikinci raundu apreldə Ər-Riyadda keçirilə bilər
Tarix: 27-03-2025 23:01 | Bölmə: Siyasət

 Ukrayna üzrə Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu aprelin ortalarında Ər-Riyadda keçirilə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,   bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, Moskva və Vaşinqton arasında texniki məsləhətləşmələr davam edəcək, lakin danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələlik müzakirə olunmayıb.
"Nümayəndə heyətləri aprelin ortalarına yaxın Ər-Riyadda növbəti görüş keçirə bilər", - mənbə bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Səudiyyə Ərəbistanının paytaxtında ekspert qruplarının məsləhətləşmələri zamanı əldə olunmuş razılaşmalar üzrə Rusiya və ABŞ arasında yüksək səviyyəli təmaslar hələlik planlaşdırılmır.
Yada salaq ki, Ər-Riyaddakı danışıqlardan sonra Kreml sənəd dərc edib və ondan belə çıxır ki, tərəflər “Qara dəniz təşəbbüsü”nü həyata keçirmək və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrini dünya bazarlarına qaytarmaq barədə razılığa gəliblər. Eyni zamanda, Moskva sanksiyaların qismən ləğvini şərt kimi göstərib.





Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər