Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Lavrovun KXDR-ə səfərinə hazırlıq barədə danışıb
Tarix: 27-03-2025 12:02 | Bölmə: Siyasət

 Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu il Şimali Koreyaya səfəri hazırlanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rudenkonun sözlərinə görə, məsələ üzərində iş aparılır. Səfərin məqsədi KXDR ilə strateji dialoqun davam etdirilməsi olacaq.
"Bu il növbə Sergey Viktoroviç Lavrovundur", - o, Rusiya Beynəlxalq Əlaqələr Şurasının "Rusiya və Hindistan: ikitərəfli münasibətlərin yeni gündəliyinə doğru" konfransında deyib.
Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora daha əvvəl bəyan etmişdi ki, Rusiya və KXDR tezliklə Tumannaya çayı üzərindən körpünün tikintisinə rəsmən başlayacaq. Matseqora RİA Novosti-yə bildirib ki, hazırda tərəflər son hazırlıq işləri görür və layihə sənədlərini yekunlaşdırır, həmçinin tikinti texnikası dəstələri və mütəxəssislərdən ibarət dəstələr formalaşdırır. 2024-cü il iyunun 19-da Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayıblar. Müqavilə müharibə vəziyyətində qarşılıqlı dəstək öhdəliklərini ehtiva edir.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər