Bütün xəbərlər
"Qraparak": Paşinyan Ermənistan agentliklərinə Rusiya ilə əlaqələri bərpa etməyi tapşırıb
Tarix: 20-03-2025 18:23 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan dövlət qurumlarına rusiyalı həmkarları ilə əməkdaşlığı bərpa etməyi və birgə tədbirlərdə iştirakını aktivləşdirməyi tapşırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, bu qərar son geosiyasi dəyişikliklərlə əlaqədar verilib.
Paşinyanın Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş yubiley şənliklərində iştirak etmək üçün mayın 9-da Moskvaya səfər edəcəyi gözlənilir. Dövlət Duması ümid edir ki, bu görüş Ermənistan hökumətinin gələcəyinə aydınlıq gətirəcək.
Martın 14-də Paşinyanla Putin arasında telefon danışığı olub və Ermənistanın baş naziri Rusiya prezidentinə İrəvan və Bakı arasında sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə məlumat verib. Putin vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvar ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə Rusiya tərəfinin ölkələr arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bəyan edib.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər