Bütün xəbərlər
İstanbul merinin həbsindən sonra Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb
Tarix: 19-03-2025 14:46 | Bölmə: Siyasət

Türkiyə müxalifətçi İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial media platformasına girişi məhdudlaşdırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində NetBlocks beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
Bildirilir ki, ölkədə YouTube videohostinqi, TikTok, X və Instagram sosial şəbəkələrinə (Rusiya Federasiyasında qadağan olunub) giriş məhdudlaşdırılıb.
Martın 19-da məlum olub ki, İstanbul bələdiyyə sədri korrupsiyada şübhəli bilinərək saxlanılaraq polisin müşayiəti ilə məhkəməyə aparılıb.İmamoğlu mümkün növbədənkənar prezident seçkilərində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur.
Bundan başqa, İstanbul Universiteti İmamoğlunun biznes menecmenti diplomunun ləğv edilməsinə qərar verib. Buna əsas o zaman ölkənin Ali Təhsil Şurası tərəfindən tanınmayan Şimali Kipr universitetindən köçürmə zamanı pozuntular olub. Belə ki, İmamoğlunun İstanbulda təhsilini davam etdirmək və orada diplom almaq hüququ olmayıb.
Həmçinin martın 19-da Türkiyə prezidentinin siyasi rəqibinin həbsi fonunda lirənin məzənnəsinin aşağı düşdüyü məlum olub. ABŞ dollarına nisbətdə bütün zamanların ən aşağı səviyyəsinə çatdı.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər