Bütün xəbərlər
Stefanişina: "Ukrayna və ABŞ resurs sazişi üzrə müzakirələri başa çatdırıblar"
Tarix: 14-03-2025 21:11 | Bölmə: Siyasət

Ukrayna istənilən vaxt ABŞ-la resurs sazişi imzalamağa hazırdır, çünki mətnə dəyişikliklər artıq müzakirə mövzusu deyil.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Olqa Stefanişina məlumat verib.
O, Ukrayna KİV-lərindən birinə bildirib ki, saziş artıq hazırlanıb, mətndə dəyişikliklər tamamlanıb və danışıqlar bağlanıb.
"Amerika tərəfi indiki mərhələdə onu nə vaxt və hansı şərtlərlə imzalamaq istədiklərinə qərar verməyib.Ukrayna istənilən vaxt imzalamağa hazırdır", - o deyib.
ABŞ prezidenti Donald Tramp və Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında resurslarla bağlı sazişin mətninin imzalanmasının planlaşdırıldığı görüş fevralın 28-də Vaşinqtonda baş tutub. Bu, gözlənilmədən şifahi mübahisəyə çevrilib. "Fox News" xəbər verir ki, Tramp Zelenskini sözlərində ABŞ-a göstərdiyi “hörmətsizlik”ə görə “qovub”. Nəticədə Vaşinqton və Kiyev nadir torpaq metallarına dair sazişin imzalanmasını ləğv edib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər