19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
Ukrayna Türkiyəyə ölkənin bərpası ilə bağlı layihələri əks etdirən dosye verib
Tarix: 26-02-2025 09:31 | Bölmə: Siyasət

Türkiyənin “Türkiyə” qəzeti mənbələrə istinadən xəbər verir ki, Ukrayna Türkiyəyə ölkənin 2025-ci ildə bərpası ilə bağlı layihələri əks etdirən dosye verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  nəşrin qeyd etdiyinə görə, bu layihələrin həyata keçirilməsi üçün tenderlərin elanı aprel-may aylarında planlaşdırılır.
"Müharibə zamanı bəzi bölgələri böyük əziyyət çəkən Ukraynanın yenidən qurulması ilə bağlı təmaslar sürətləndi. Ukrayna Türkiyə tərəfinə 2025-ci il üçün nəzərdə tutulan layihələrin dosyesini təhvil versə də, aprel və may aylarında təxirəsalınmaz layihələr üçün tenderlər elan ediləcək".
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk şirkətlərinin Ukraynaya dağılmış infrastrukturunun bərpasına kömək etməyə hazır olduğunu bəyan edib.
Nəşrin məlumatına görə, prioritet istiqamətlərə avtomobil yollarında gömrük postlarının müasirləşdirilməsi, yeni postların tikintisi və ümummilli ödənişli yollar sisteminin yaradılması daxildir. Dosyedə enerji, enerji səmərəliliyi, su təchizatı və sosial mənzil sahələrində layihələr də var.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər