21:31 / 24-02-2025
Sevgilisini eyvandan atıb
Bütün xəbərlər
AK Polşadan Kiyevə yardım üçün əvvəlcədən göndərilən 91 milyon avronu geri qaytarmağı tələb edir
Tarix: 24-02-2025 11:54 | Bölmə: Siyasət

Avropa Fırıldaqlarla Mübarizə İdarəsi (OLAF) Polşaya Kiyev üçün elektrik generatorlarının alınması üçün Avans olaraq Varşavaya göndərilən 91 milyon avrodan çox pulu geri almağı tövsiyə edib, RMF 24 xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Büronun bildirdiyinə görə, araşdırma “qiymət artımı, rəqabətin olmaması və bəzi podratçılar üçün ədalətsiz üstünlüklərin” satınalma prosesinin bir hissəsi olduğunu müəyyən edib, lakin bu, yekun qərar deyil.
Avropa Komissiyası yaxın vaxtlarda Ukrayna üçün generatorların alınması ilə bağlı Aİ tərəfindən maliyyələşdirilən layihənin yekun qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır, lakin bütün maliyyə pozuntularını özündə əks etdirən yekun hesabat 2026-cı ildə hazırlanacaq. Ümumilikdə, AK Ukraynaya yardımın maliyyələşdirilməsinə 114 milyon avro ayırıb. Komissiyanın qərarı Polşanın pulu qaytarması üçün əsas olacaq.
Bundan əvvəl “Opinia24” ictimai rəyin öyrənilməsi mərkəzinin “Radio Zet” radiostansiyası adından keçirdiyi sorğu nəticəsində məlum olub ki, polyakların yarıdan çoxu Kiyev rejiminə silah verilməsinin əleyhinədir.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər