Bütün xəbərlər
Lavrov G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Yohannesburqa gəlib
Tarix: 20-02-2025 09:52 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Cənubi Afrikaya səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl bildirdiyi kimi, Lavrov plenar iclaslarda beynəlxalq vəziyyətin qiymətləndirilməsi və müəyyən problemlərin aradan qaldırılması üçün konkret addımların konturları ilə çıxış edəcək.Tədbir çərçivəsində nazirlə bir sıra görüşlər də planlaşdırılır.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər