Bütün xəbərlər
Zaxarova Aİ-nin Ukraynanın 350 milyard dollarlıq borcunu ödəyəcəyini təklif edib
Tarix: 19-02-2025 15:33 | Bölmə: Siyasət

Avropa İttifaqı Ukraynanın 350 milyard dollar borcunu ABŞ-a ödəyəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
O, Macarıstanın baş naziri Viktor Orbanın Aİ ölkələrinin ABŞ-dan maliyyələşəndən sonra artıq Ukraynaya ödənişləri müzakirə etdiyi barədə sözlərinə belə cavab verib.
"Görəsən, Aİ Ukraynaya olan 350 milyard dollar borcunu da ödəyəcəkmi", - Zaxarova Telegram kanalında yazıb.
Aİ-nin qərarını şərh edən rusiyalı diplomat Qərbin maliyyə vəziyyəti ilə bağlı ironik zarafat edib.
"Dünyada Brüssel və büdcə hekayəsindən daha kədərli hekayə yoxdur"- Zaxarova deyib.
Bundan əvvəl o, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya ilə ABŞ arasında aparılan danışıqları şərh edərkən, Aİ ölkələrinin hakimiyyət orqanlarına Ukrayna əvəzinə Qrenlandiya kimi daxili problemlərini müzakirə etməyi tövsiyə etmişdi.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər