Bütün xəbərlər
"Reuters": Kiyev Rusiya və ABŞ nümayəndələrinin görüşünü legitim hesab etmir
Tarix: 19-02-2025 09:18 | Bölmə: Siyasət

"Reuters" xəbər verir ki, Vladimir Zelenski Rusiya ilə ABŞ arasında aparılan danışıqlara görə Səudiyyə Ərəbistanına səfərini legitim hesab etmədiyi üçün təxirə salmaq qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin mənbəsinin hesab etdiyinə görə, Kiyev danışıqların Kiyev rejimi üçün əhəmiyyətli olduğu görüntüsü yaratmaq istəmir.
"Ukrayna Ər-Riyadda baş verənlərə hər hansı legitimlik verdiyi təəssüratı yaratmaq istəmədi", - "Reuters" mənbəsi vurğulayıb.
Fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar olub. Söhbətdə əsas məsələlər beynəlxalq münasibətlər və Ukrayna münaqişəsinin həlli olub.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər