Bütün xəbərlər
İsveç təcili olaraq Ukrayna məsələsi ilə bağlı parlament iclasını çağırıb
Tarix: 18-02-2025 19:39 | Bölmə: Siyasət

İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqaard bildirib ki, İsveç hakimiyyəti Ukrayna üzrə mümkün sülh danışıqları üçün parlamentin fövqəladə iclasını çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Ukrayna məsələsi ölkə üçün prioritet məsələdir.
"Bu çox ciddi vəziyyətdə biz İsveçdə birləşməli və Ukraynanı dəstəkləməliyik", - deyə, Aftonbladet Malmer Stenergaardın sözlərindən sitat gətirir.
İsveç Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bütün Avropanın təhlükəsizliyi Kiyevin güclənməsindən asılıdır. Ölkənin bütün xarici siyasət vəzifələri arasında Ukrayna birinci yerdədir.
Yanvarın 30-da İsveçin müdafiə naziri Poul Conson bildirib ki, ölkə Ukraynaya təxminən 1,3 milyard dollarlıq hərbi yardım verəcək.Bu, artıq İsveçin Kiyevə verdiyi 18-ci dəstək paketidir.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər