Bütün xəbərlər
Kanada Xarici İşlər Naziri Coli: "ABŞ-ın tarifləri ölkənin varlığını təhdid edir"
Tarix: 15-02-2025 22:35 | Bölmə: Siyasət

ABŞ-ın Kanada mallarına tətbiq etdiyi rüsumlar ölkənin varlığını təhdid edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli Münhen konfransında çıxışı zamanı deyib.
O, Kanadanın enerji, mədənçıxarma və kənd təsərrüfatı sahələrində dərin inteqrasiyaya görə Amerika iqtisadiyyatından çox asılı olduğunu vurğulayıb.
"25% tarifləri eşidəndə bu, ekzistensial təhlükədir. Çünki bu, Kanadada itiriləcək yüz minlərlə işə təsir edəcək" Coli deyib.
Fevralın 4-də Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın Kanada mallarına tətbiq etdiyi tarifləri 30 gün müddətinə dayandıracağını açıqlamışdı. Bir gün əvvəl Donald Tramp bir daha Kanadanın ABŞ-ın rüsumların tətbiqindən yayınan 51-ci ştatı olmasını təklif edib.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər