Bütün xəbərlər
"Bloomberg": Putin-Tramp görüşü fevralın sonunda baş tuta bilər
Tarix: 15-02-2025 21:05 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında görüş fevralın sonunda Səudiyyə Ərəbistanında baş tuta bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bloomberg" xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya və ABŞ prezidentlərinin üçüncü ölkədə görüşü dövlət başçıları arasında səfər mübadiləsindən əvvəl baş tutmalıdır.
Kremlin sözçüsü xatırladıb ki, ABŞ və Rusiya liderləri telefon danışığı zamanı Moskva və Vaşinqtona səfər etmək üçün qarşılıqlı dəvət mübadiləsi aparıblar.
Xatırladaq ki, fevralın 12-də Peskov Rusiya və ABŞ liderləri arasında baş tutan bir saat yarımlıq söhbət barədə məlumat vermişdi. Söhbətin əsas mövzusu Ukrayna münaqişəsi olub. Bundan əlavə, tərəflər İranın nüvə proqramı, Yaxın Şərq böhranı mövzularına toxunub, ABŞ və Rusiya arasında ikitərəfli iqtisadi əlaqələri müzakirə ediblər. Söhbət zamanı Putin Trampı Moskvaya səfərə dəvət edib. Daha sonra Kremlin sözçüsü aydınlaşdırıb ki, Rusiya liderinin də Vaşinqtona səfər etmək üçün etibarlı dəvəti var.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər