Bütün xəbərlər
NYP: "Tramp Ukraynanın Təhlükəsizlik Zəmanətləri Planını 500 milyon dollar qiymətləndirib
Tarix: 09-02-2025 11:27 | Bölmə: Siyasət

ABŞ prezidenti Donald Tramp təhlükəsizlik zəmanəti müqabilində nadir torpaq metalları və qaza çıxış əldə etmək üçün Ukrayna hakimiyyəti ilə 500 milyon dollarlıq müqavilə bağlamaq istəyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri bu barədə “New York Post”a müsahibəsində bildirib.
Qeyd olunur ki, Tramp Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə saziş bağlamaq istəyir ki, bu sazişə əsasən, ABŞ nadir torpaq mineralları və qaza çıxış müqabilində Ukraynaya istənilən potensial sülh nizamlanmasında təhlükəsizlik zəmanəti verəcək.Tramp müqavilənin 500 milyon dollar dəyərində olacağını təxmin edir.
Öz növbəsində, Zelenski hasil edilən resurslar Rusiyanın ixtiyarına verilməyəcəyi təqdirdə Trampla razılaşmanı “tamamilə ədalətli” hesab edir. NYP-nin məlumatına görə, Kiyev rejiminin rəhbəri gələn həftə fevralın 14-16-da baş tutacaq Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti J.D.Venslə görüşəcək.
Eyni zamanda “National Interest” (NI) qəzeti ABŞ prezidenti Donald Trampın Ukraynanın təbii sərvətlərinə çıxış planının Qərbin məğlubiyyətinə səbəb olacağını və Amerika liderinin vəzifəyə başlayarkən bundan qaçmaq istədiyini yazıb. Əgər Tramp həqiqətən də Ukraynada nadir torpaq minerallarına sahib olmaq öhdəliyinə sadiqdirsə, ABŞ Rusiya ilə “az deyil, çoxlu münaqişə” ilə üzləşəcək.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
21-01-2025, 09:55 Müstəqilliyə aparan yol