Bütün xəbərlər
Zelenskinin ofisinin rəhbəri Yermak Kellogq ilə Ukraynaya səfərini müzakirə edib
Tarix: 07-02-2025 12:40 | Bölmə: Siyasət

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak ABŞ prezidentinin Ukrayna nizamlanması məsələləri üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla telefon danışığı aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rəsmi bu barədə cümə günü Telegram kanalında məlumat verib.
"Mən ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla danışdım. Onun Ukraynaya gözlənilən səfərini müzakirə etdik, bu bizim üçün çox vacibdir", - Yermak vurğulayıb. Həmçinin, onun sözlərinə görə, cəbhədəki vəziyyət və Münhendə keçiriləcək təhlükəsizlik konfransı müzakirə edilib.
Bundan əvvəl “Obşçestvennoye” telekanalı Vladimir Zelenskinin ofisindəki mənbəyə istinadən amerikalı diplomatın səfərinin tarixini – fevralın 20-si açıqlamışdı.
Cümə günü "New York Post" qəzetinə verdiyi müsahibədə Kellogq bildirib ki, prezident Donald Tramp Rusiyaya qarşı sanksiyaları artırmağı düşünür. Onun fikrincə, bu, Ukrayna münaqişəsinin həllinə töhfə verə bilər. Eyni zamanda, xüsusi nümayəndə Vaşinqtonun Rusiya Federasiyasına qarşı tətbiq etdiyi, neft hasilatı və ixracına təsir edən son sanksiyaların gücləndirilməsinin mümkünlüyünü istisna etməyib.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər
21-01-2025, 09:55 Müstəqilliyə aparan yol