Bütün xəbərlər
Kobaxidze: "USAİD-in maliyyələşdirdiyi təşkilatlar Gürcüstanda sabitliyi pozur"
Tarix: 06-02-2025 16:29 | Bölmə: Siyasət

Qeyri-hökumət təşkilatları, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən təşkilatlar Gürcüstanda vəziyyətin sabitliyini pozmaq cəhdlərində iştirak edirlər. Bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu QHT-lər hələ də Gürcüstanda inqilab etməyə çalışırlar.
"İnqilab cəhdlərinin önündə məhz xaricdən maliyyələşən QHT-lər dayanır. Bunlar USAID, NED (Milli Demokratiya Fondu – redaktorun qeydi)-dan maliyyə alan təşkilatlardır", - o, jurnalistlərlə söhbətində deyib.
Belə təşkilatlardan biri Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyətidir (ISFED). O, həmçinin sözügedən ABŞ agentliyi tərəfindən maliyyələşdirilir. Kobaxidze iddia edir ki, 2020-ci ildə parlament seçkilərinin paralel hesablanmasının nəticələrini saxtalaşdıran məhz bu QHT olub. Bu, ictimai iğtişaş yaratmaq məqsədi daşıyırdı.
Bununla bağlı Gürcüstanın baş naziri hakim partiyanın gürcü cəmiyyətinin bir hissəsinin kəskin reaksiyasına səbəb olan təşəbbüsə – xarici agentlər haqqında qanuna toxunub. Onun sözlərinə görə, qanunun məqsədi respublikaya daxil olan hər bir sentin gürcü cəmiyyətinə görünməsini təmin etməkdir ki, heç kim onu çaşdırmasın.
Fevralın 3-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qərargahı Amerika hakimiyyətinin qərarı ilə bağlanıb. Təşkilatın dünya üzrə nümayəndəlikləri də bağlanır. USAİD-in xaricdəki əməkdaşları mümkün qədər tez vətənə qaytarılacaq.
Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın sözlərinə görə, agentlik bioloji silahların, o cümlədən koronavirus patogenlərinin hazırlanmasını maliyyələşdirməkdə şübhəli bilinir. O, həmçinin USAID-i cinayətkar təşkilat adlandırıb.
Oxşar fikri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də bildirib. Onun sözlərinə görə, iqtisadiyyata, təhsilə və səhiyyəyə dəstək verməli, humanitar yardım göstərməli olan USAID dünyanın 100-dən çox ölkəsində ofisləri ilə cinayətkar şəbəkəyə çevrilib. O, həmçinin agentliyin məsul olduğu insanlığa qarşı cinayətləri sadalayıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
21-01-2025, 09:55 Müstəqilliyə aparan yol