Bütün xəbərlər
İsrailin xarici işlər naziri Saar ölkənin UNHRC-dən çıxdığını bildirib
Tarix: 05-02-2025 22:37 | Bölmə: Siyasət

İsrailin xarici işlər naziri Gideon Saar ölkənin BMT İnsan Haqları Şurasından (UNHRC) çıxdığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qərarın ABŞ-a dəstək məqsədilə qəbul edildiyi qeyd edilir.
"İsrail prezident (ABŞ Donald. – Red.) Trampın BMT-nin İnsan Haqları Şurasında iştirak etməmək qərarını alqışlayır. İsrail ABŞ-a qoşulur və UNHRC-də iştirak etməyəcək", - Saar X sosial şəbəkəsindəki hesabında yazıb.
Bundan əvvəl, fevralın 4-də Tramp ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından çıxarılması haqqında sərəncam imzalayıb. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) çıxıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
21-01-2025, 09:55 Müstəqilliyə aparan yol