Bütün xəbərlər
Məhkəmə Primoryedə məhkum olunmuş ABŞ Baş Konsulluğunun keçmiş əməkdaşının şikayətinə baxacaq
Tarix: 27-12-2024 10:09 | Bölmə: Siyasət

ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı Robert Şonovun hökmündən verilən şikayətə yanvarın 17-də Novosibirsk məhkəməsində baxılacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Şonov xarici dövlətlə əməkdaşlıqda təqsirli bilinib.
O, 4 il 10 ay ümumi rejimli islah koloniyasında cəza çəkəcək, həmçinin 1 milyon rubl cərimə və 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılmasına məhkum edilib.
FSB-nin məlumatına görə, Şonov 2022-ci ilin sentyabrından həbs olunana qədər ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsinin əməkdaşları Ceffri Sillin və Devid Bernşteynin maddi təzminatla bağlı tapşırıqlarını yerinə yetirib. Daha sonra, 2023-cü ilin sentyabrında onlar Rusiyada persona non-qrata elan edildi.
Şonovun müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib.
RİA Novosti xəbər verir ki, Novosibirskdəki Beşinci Ümumi Yurisdiksiya Məhkəməsinin materiallarından məlum olduğu kimi, iclas 2025-ci il yanvarın 17-nə təyin edilib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər