09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
“İzvestiya”: Rusiya Federasiyası və Suriya müxalifətinin nümayəndələri Doha və Ankarada görüşüblər
Tarix: 27-12-2024 10:05 | Bölmə: Siyasət

Suriya müxalifəti Ankara və Dohada Rusiya nümayəndələri ilə görüşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “İzvestiya”ya Suriya İnqilabçı və Müxalifət Qüvvələrinin Milli Koalisiyasının (NCORF) üzvü Ənəs əl-Abda məlumat verib.
Görüş zamanı tərəflər inqilabçı və müxalif qüvvələrin Suriyanın gələcəyi ilə bağlı baxışlarını müzakirə ediblər.
“Ankara və Dohada Rusiya rəsmiləri, Suriya Danışıq Komissiyası və Suriya İnqilabçı və Müxalifət Qüvvələrinin Milli Koalisiyası arasında görüşlər və məsləhətləşmələr keçirilib”, - deyə, əl-Abda bildirib.
O qeyd edib ki, danışıqlar zamanı Suriya üçün yeni strukturun baxışı da müzakirə olunub. Əl-Abda əlavə edib ki, Rusiya bazalarının respublikadakı gələcəyi iki ölkə arasında əldə olunan birgə razılaşmadan asılıdır. O, ümumi maraqlar üzərində qurulmuş dostluq münasibətlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dekabrın 21-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın Suriyadakı bazaları ilə bağlı qərarı suriyalılar tərəfindən verilməli olduğunu bildirib.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər