Bütün xəbərlər
Putin və Fiko Ukraynada sülh təşəbbüslərini müzakirə ediblər
Tarix: 23-12-2024 19:28 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin və Slovakiyanın baş naziri Robert Fiko bir gün əvvəl Kremldə keçirilən görüşdə Ukraynadakı vəziyyətin həlli yollarını müzakirə ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakovun sözlərinə görə, Putin və Fiko arasında söhbət hərtərəfli olub və konstruktiv ruhda keçib.
“Liderlər Ukrayna ətrafında yaranan vəziyyəti, bununla bağlı müxtəlif təşəbbüsləri kifayət qədər dərindən müzakirə ediblər”, - deyə, Rusiya prezidentinin köməkçisi qeyd edib ki, liderlər enerji mövzusuna da “ciddi toxunublar”.
Ümumilikdə, Uşakovun sözlərinə görə, hər iki tərəf “hərtərəfli və konstruktiv” görüşün nəticələrindən razı qalıb.
Prezidentin köməkçisi onu da qeyd edib ki, Fiko ilk növbədə ölkəsinin maraqlarını düşünən “özünü müstəqil siyasətçi kimi göstərib”.
Dekabrın 22-də Slovakiyanın baş naziri Fiko Moskvada işgüzar səfərdə olub və o, Vladimir Putinlə görüşüb. Görüş əvvəlcədən razılaşdırılıb və təkbətək formatda baş tutub.
Daha əvvəl Fiko bildirib ki, Moskvaya səfəri Vladimir Zelenskinin qazın Ukrayna ərazisindən tranzitinə qarşı olduğu sözlərinə reaksiyadır.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər