Bütün xəbərlər
Vladimir Putin Karakasda Nikolas Maduronun andiçmə mərasiminə dəvət alıb
Tarix: 20-12-2024 09:33 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasiminə dəvət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “İzvestiya”ya Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin bildirib.
Mərasim 2025-ci il yanvarın 10-da Venesuelanın paytaxtı Karakasda baş tutacaq.
“Rusiya tərəfi andiçmə mərasiminə dəvət olunub və orada layiqli səviyyədə təmsil olunacaq”, - diplomat bildirib.
İnauqurasiyaya dəvətlər formalaşmış təcrübəyə uyğun olaraq Prezidentin adından digər dövlət başçılarına göndərilir. Bu mərasimdə Rusiya Federasiyasını kimin təmsil edəcəyi hələ müəyyən edilməyib.
Şetinin həmçinin ölkələr arasında müxtəlif sahələrdə, xüsusən də ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələrin əhəmiyyətini qeyd edib.
Nikolas Maduro vəzifəyə gəldikdən sonra ilk dövlət səfərinin Rusiya olacağı ehtimalı var. Rusiyanın Karakasdakı səfirliyindən "İzvestiya"ya bildirilib ki, Venesuela prezidentinin 2025-ci ildə diplomatik kanallar vasitəsilə dövlət səfəri üzərində iş aparılır.
Prezidentlərin əvvəlki görüşü BRİKS-in Kazanda keçirilən sammitində baş tutub. Venesuela lideri Vladimir Putinlə danışıqları müstəsna hadisə adlandırıb.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər