14:04 / 11-12-2024
Morj xilas edilib
Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətdən narahatdır
Tarix: 08-12-2024 16:03 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyi Suriyadakı hadisələri hədsiz narahatlıqla izlədiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar günü, dekabrın 8-də Dəməşq silahlı müxalifət qruplarının nəzarətinə keçib. Bu arada Suriya qoşunları Dəməşqin mərkəzini tərk edib və Suriya prezidenti Bəşər Əsəd ölkəni tərk edib. Paytaxtda qalan baş nazir Məhəmməd Qazi əl-Cəlali suriyalıların seçdiyi istənilən hökumətlə işləməyə hazır olduğunu bəyan edib.
“Biz Suriyada baş verən dramatik hadisələri həddən artıq narahatlıqla izləyirik”, - nazirliyin bəyanatında deyilir.
Noyabrın sonunda Suriyada vəziyyət kəskin şəkildə pisləşdi: “Həyat Təhrir əl-Şam” qruplaşmasının üzvləri (Rusiyada qadağandır) digər silahlı birləşmələrlə birlikdə Suriyanın ikinci ən böyük şəhəri olan Hələbi ələ keçirdilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyan etdiyi kimi, Suriyaya hücum əvvəlcədən planlaşdırılıb. Onun sözlərinə görə, Moskva Suriya müxalifəti ilə dialoqun bərpasına hər cür kömək edəcək. Türkiyə və İran həmçinin Suriyada hərbi əməliyyatları dərhal dayandırmağa və Suriya hökuməti ilə qanuni müxalifət arasında dialoqa başlamağa çağırıblar.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər