Bütün xəbərlər
Zaxarova Baydenin oğlunu əfv etməsini demokratiya karikaturası adlandırıb
Tarix: 02-12-2024 10:48 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin oğlu Hunteri əfv etməsini şərh edərək, belə bir addımı demokratiyanın karikaturası adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırkı dövlət başçısı daha əvvəl oğlu Hunter Baydenin vergidən yayınma və silah pozuntusu ilə bağlı qaldırılan iki cinayət işi üzrə əfv edilməsi qərarını açıqlamışdı. Cinayətlərin hər birinə görə onu müvafiq olaraq 17 və 25 il həbs cəzası gözləyirdi. Hökmlər dekabrın 12 və 16-da elan edilməli idi.
“İzvestiya” Zaxarovadan sitat gətirir: “Demokratiyanın karikaturası”.
ABŞ prezident seçkilərində Respublikaçıların qələbəsindən sonra Ağ Evi tərk etmək üzrə olan Co Bayden oğlunun əfv edilməsindən danışaraq Amerika vətəndaşlarının “belə bir addımı anlayacaqlarına” ümid etdiyini bildirib. Baydenin sözlərinə görə, Hunterə qarşı bütün ittihamlar siyasi təzyiq cəhdidir.
Sentyabrda kiçik Bayden doqquz ittiham üzrə özünü təqsirli bilib, iyunda isə münsiflər heyəti onu qanunsuz olaraq silah əldə etməkdə və saxlamaqda təqsirli bilib. Co Bayden əmin edib ki, o, münsiflər heyətinin qərarlarını qəbul edir və ölkə qanunlarına hörmət edir.
Əfvdən sonra kiçik Bayden bildirib ki, o, həyatını asılılığı olan insanlara kömək etməyə həsr etmək niyyətindədir. Onun sözlərinə görə, beş ildən çoxdur ki, ayıqdır.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər
26-11-2024, 12:51 Sabiq rəis həbs edilib