14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
Tarix: 23-11-2024 20:34 | Bölmə: Siyasət

Kiyevin Fransa istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisinə dərin zərbələr endirmək hüququ var.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot BBC-yə müsahibəsində bildirib.
Barro qeyd edib ki, Ukrayna “özünümüdafiə məqsədilə” uzaqmənzilli raketlərdən istifadə edə bilər, lakin Rusiya ərazisinə fransız sursatlarının hücumu faktını təsdiqləməyib.
Bundan əlavə, xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Fransa qoşunlarının Ukraynaya gəlişi istisna deyil. Rusiya xəbərdarlıq edib ki, bu cür hərəkətlər daha da eskalasiya təhlükəsi yaradacaq.
Barro əmin edib ki, Paris Kiyevi bütün gücü ilə dəstəkləyəcək, çünki Fransanın təhlükəsizliyi ondan asılıdır.
"Rusiya ordusu hər dəfə bir kvadrat kilometr irəlilədikdə təhlükə Avropaya bir kvadrat kilometr yaxınlaşır", - nazir deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Kiyevin Qərb istehsalı olan uzaqmənzilli raketlərlə Rusiya ərazisinə endirdiyi zərbələri təsdiqləmək qərarını dəstəkləyib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər