Bütün xəbərlər
Qazaxıstanın baş naziri Ukraynadakı vəziyyətlə əlaqədar təhlükəsizliklə bağlı iclas keçirib
Tarix: 22-11-2024 12:16 | Bölmə: Siyasət

Qazaxıstanda bu ölkənin baş naziri Oljas Bektenovun iştirakı ilə müşavirə keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, burada Ukrayna hadisələri fonunda əsas hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi məsələsi müzakirə olunub.
İclas barədə respublika hökuməti məlumat yayıb. Nazirlər Kabinetinin məlumatına görə, Qazaxıstanın müdafiə naziri dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.
“Hökumət başçısı Ruslan Jaksylykov-un obyektlərin mühafizəsinin təmin edilməsi istiqamətində aparılan işlər və qarşıya qoyulan vəzifələr barədə hesabatını dinləyib”, - deyə, məlumatda bildirilir.
İclasdan sonra Bektenov dövlət qurumlarına prezidentin təhlükəsizliklə bağlı göstərişlərini yerinə yetirmək üçün hər şeyi etmək və “vəziyyətdəki dəyişikliklər barədə operativ məlumat vermək” vəzifəsini qoyub.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər