Bütün xəbərlər
Yaponiyanın Rusiya Federasiyasındakı səfiri ölkəsinin Rusiya ilə təmaslara açıq olduğunu bildirib
Tarix: 10-11-2024 17:43 | Bölmə: Siyasət

Yaponiyanın Rusiyadakı səfiri Akira Muto ölkəsinin Rusiya Federasiyası ilə təmaslara açıq olduğunu bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, “Moskva Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubinə danışıb.
Səfirin qeyd etdiyi kimi, iki ölkə arasında qarşılıqlı anlaşma rəsmi dialoqlar və insanlar arasında təmaslar vasitəsilə əldə edilə bilər.
"Biz (Rusiya ilə təmaslara) açıq qalırıq"-Muto deyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Yaponiyada Moskva ilə əməkdaşlığı davam etdirən ağıllı adamların qaldığını bildirmişdi.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər