Bütün xəbərlər
Hüquq müdafiəçisi Yohan Bekman Rusiya pasportu alıb
Tarix: 08-11-2024 23:38 | Bölmə: Siyasət

Finlandiyalı hüquq müdafiəçisi və politoloq Yohan Bekmana Rusiya pasportu verilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
"Yohan 2009-cu ildən bəri ölkəmizlə yaxşı münasibətlərə malikdir və o, Avropa ölkələrində rusların hüquqlarını qoruyur" deyib.
Dəqiqləşdirilir ki, Bekmana Rusiya pasportu Daxili İşlər Nazirliyinin Kareliya Respublikası üzrə Miqrasiya Məsələləri İdarəsinin əməkdaşları tərəfindən təntənəli şəkildə təqdim edilib.
Bundan əvvəl, oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Bekmana Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər