Bütün xəbərlər
Lukaşenko: "Almaniya Şolts vəzifədən uzaqlaşdırılanda özünə gələcək"
Tarix: 07-11-2024 16:30 | Bölmə: Siyasət

Gələcəkdə Almaniya kansleri Olaf Şolts vəzifəsindən uzaqlaşdırılarsa, Aİ Rusiya Federasiyası və Belarusla işləməyə başlayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Bu, bir gün baş verəcək, bu gün Almaniya tərəddüd etməyə başladı, əgər bu Şolts-u vəzifədən atsalar, Almaniya özünə gələcək"-Lukaşenko deyib.
Bundan əvvəl Olaf Şolts maliyyə naziri Kristian Lindneri tutduğu vəzifədən azad edib. Almaniyanın Maliyyə Nazirliyinin rəhbərinin istefası barədə Almaniyanın “Welt” qəzeti məlumat yayıb.



Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər