23:36 / 09-06-2026
Əraqçi xarici qüvvələri İran ərazisinə yaxın əraziləri tərk etməyə çağırdı
21:34 / 09-06-2026
Ermənistanda iş adamı Karapetyanın daha iki əməkdaşı həbs edilib
21:09 / 09-06-2026
Sağlamlıq düşərgəsində uşaqlar bağırsaq infeksiyasına yoluxublar
21:03 / 09-06-2026
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımamağı təklif edib
20:56 / 09-06-2026
Yeniyetmə "Əbədi məşəl"i təhqir etdiyinə görə mühakimə olunacaq
20:49 / 09-06-2026
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
20:46 / 09-06-2026
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Kazana gəlib
20:44 / 09-06-2026
CNN Trampın İran sazişi ilə bağlı bütün açıqlamalarını saydı
10:03 / 09-06-2026
Si Cinpin və Kim Çen In Çin ilə KXDR arasında əməkdaşlığın genişləndirilməsini elan etdilər
10:00 / 09-06-2026
Bundestaq üzvü Merzin könüllü istefasına ümid etməməyə çağırıb
09:53 / 09-06-2026
Zəlzələ nəticəsində ən azı 37 nəfər ölüb, 456 nəfər yaralanıb
09:50 / 09-06-2026
İki mərtəbəli avtomobil salonu yanıb
09:47 / 09-06-2026
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
09:43 / 09-06-2026
Qərb Ukraynaya "Oreşnik" raket zərbəsindən sonra Odessada panikaya düşdüyünü bildirdi
09:38 / 09-06-2026
Oğurluqda şübhəli bilinənlər saxlanılıb
09:35 / 09-06-2026
ABŞ hərbi helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
09:32 / 09-06-2026
Ata tüfənglə atəş açdığı üçün 200.000 rubl ödəyib
09:22 / 09-06-2026
Evi atəşə tutulduqdan sonra İsraili tərk etdi
18:29 / 08-06-2026
Fransız iqtisadçı Makronun Ukrayna ilə bağlı paylaşımını tənqid etdi
18:23 / 08-06-2026
Ərmənistan sabitliyini konkret qərarlarla olmalıdır-Könül Nurullayeva
18:19 / 08-06-2026
Lavrov hər kəsi Putinin danışıqlar və Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) haqqında dediklərinə ciddi yanaşmağa çağırdı
18:11 / 08-06-2026
WSJ: Şimali Koreya dünyanın ən heyrətamiz iqtisadi uğur hekayəsidir
18:08 / 08-06-2026
"Akron" klubunun baş məşqçisi təyin edilib
18:05 / 08-06-2026
"Şinnik"in keçmiş futbolçusu 27 yaşında vəfat edib
18:02 / 08-06-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyunu üçün Kalininqrada gəlib
17:45 / 08-06-2026
Çayda bir kişi boğuldu
17:42 / 08-06-2026
Partlayış nəticəsində altı nəfər həlak olub
17:36 / 08-06-2026
"Bloomberg": İran Tramp və Netanyahu arasında ziddiyyət yaratmağa çalışır
17:34 / 08-06-2026
Ukrayna Avropa Birliyindən 2,8 milyard avroluq yeddinci tranşı aldı
09:58 / 08-06-2026
Serb rejissoru Kusturica 2027-ci ildə Rusiya pasportu almağa ümid edir
09:56 / 08-06-2026
Polyanski: "ATƏT üzvləri Avropa İttifaqının mövqeyinə görə Rusiya ilə dialoq apara bilmirlər"
09:54 / 08-06-2026
Səslərin yarısından çoxu sayıldıqdan sonra Paşinyanın partiyası səslərin 50%-dən azını toplayıb
09:48 / 08-06-2026
Errol Mask iddia etdi ki, ABŞ-dan olan pis insanlar Ukraynada pul yuyur
09:45 / 08-06-2026
Morqda yanğın baş verib
09:42 / 08-06-2026
Qadın mərhum döyüşçünün anasından bir milyon rubl oğurlayıb
Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ilk günü yekunlaşıb-VİDEO
Tarix: 06-11-2024 20:29 | Bölmə: Siyasət

Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb.
Sabaha-inamla.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib.
Sonra Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sammitin din və adətləri bir araya gətirməklə insanların vəhdət içində yaşamasına nail olmaq və planetimizin qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət daşımasına diqqət çəkib. Nazir deyib: “Din cəmiyyətlərdə mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həllinə təsir göstərə biləcək potensiala malikdir. Dünyanın dini adətləri bəşəri dəyərlərə hörmət, mərhəmət və qayğını təbliğ edir ki, bu da iqlim böhranının həllində əsas prinsiplərdən hesab olunur. Azərbaycan müxtəlif dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlığı təşviq edərək dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndirən ölkədir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
M.Babayev qeyd edib ki, antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib. Bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq. Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinin dəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərə ciddi ziyan vurur. Pakistanın üçdəbirini sular altında qoyan daşqınlar, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərində icmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.

“Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz və inklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığı problemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir. Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır”, - deyə o əlavə edib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos hər kəsin təbiətlə sülh içərisində yaşamalı olduğunu deyərək qeyd edib: “Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq. İqlim dəyişikliklərinin həlli qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biridir. Bununla mübarizə istiqamətində COP29 konfransı olduqca əhəmiyyətlidir.
Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizim həyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı ciddi tədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amil çox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz də həssas olmalıyıq”.
Beynəlxalq Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Əbdülsalam dini liderlərin rolundan istifadə edərək iqlim dəyişikliyinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını vurğulayaraq bildirib: “Bu da dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir.

Ümumiyyətlə, biz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndiririk. Birgə fəaliyyətimizdən faydalanaraq səsimizi daha çox eşitdirmək üçün platforma təsis etmişik. Bu cür qlobal sammitlərin təşkil olunması sözümüzün, birgə fəaliyyətimizin nəticəsidir. Ətraf mühitlə dinlər arasında birbaşa əlaqələr mövcuddur. Ona görə də qlobal təhdidlərin aradan qaldırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. Biz bu gün beynəlxalq öhdəliklərimizlə kifayətlənə bilmərik. Yer kürəsinin gələcəyi üçün birgə fəaliyyətlər vacib əhəmiyyət daşıyır”.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın sözlərinə görə, qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir. “Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb. Daha ciddisi isə odur ki, bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bunlar inkişaf etmiş ölkələr tərəfindən edilib və edilir”, - deyə, Ali Erbaş əlavə edib.

Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti hazırda dünyanın çox böyük fəlakətlərlə qarşı-qarşıya olduğunu söyləyərək qeyd edib: “Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır. Dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir. Bu tədbir bizim planetimizi qorumağa hesablanıb. İnsan ləyaqətlə yaşamalıdır. İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik”.
Özbəkistan Prezidentinin İctimai və dini təşkilatlarla əlaqələr üzrə dövlət müşaviri Müzəffər Kamilov diqqətə çatdırıb ki, iqlim dəyişikliyinin mənfi fəsadları bütün bəşəriyyəti narahat edir. Bunun qarşısının alınması üçün ciddi addımların atılması bütün bəşəriyyət qarşısında duran vacib məsələdir.
Zəhərli qazların atmosferə buraxılması, havanın çirkləndirilməsi insanların sağlamlığını təhdid edir. Aral dənizinin quruması da dünyanın böyük ekoloji problemlərindən biridir. Dənizin quruması, həmçinin yerli iqlimə mənfi təsir göstərir.

İqlim böhranının aradan qaldırılması istiqamətində regionumuzda irimiqyaslı layihələr, ciddi işlər həyata keçirilir. Ətraf mühitin mühafizəsi və qorunması çərçivəsində keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammiti təqdir edilməlidir. Dinindən, millətindən asılı olmayaraq, bütün insanların səylərini birləşdirməsi lazımdır.
İslam Məsələləri üzrə Ali Şuranın sədri Abdulrahman Mohamed Raşad AlKhalifa isə çıxışında deyib: “Dünya dini liderlərinin qlobal Bakı Sammiti cəmiyyətlər arasında əlaqələrin gücləndirilməsinə, sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Dünyanın bütün dinlərində ətraf mühitə dəyər olduqca vacib yer tutur”.
Xalqlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Ali Şuranın sədri qeyd edib: “Təəssüf ki, bəzən dinlərdən fərqli xalqlar arasında aqressiyanın yaradılması üçün istifadə edirlər. Biz birlikdə insan dəyərlərinin qorunmasına çalışmalıyıq. Parlaq gələcəyə doğru daha çox addımlar atmaq lazımdır. Ətraf mühitin qorunması İslam dinində olduqca vacib amildir. Bütün bunlar, həmçinin insanların rifahının yaxşılaşmasına zəmin yaradacaq”.
Tədbirdə, həmçinin Gürcüstan patriarx katolikosu II İliyanın müraciəti səsləndirilib.
Azərbaycanın öz multikultural dəyərləri ilə tanındığını bildirən katolikos müraciətində, həmçinin bildirib: “Dini liderlər aktual məsələlərin müzakirəsi üçün toplaşıblar. İqlim dəyişiklikləri bəşəriyyət üçün ən böyük problemə çevrilib. Hər kəs bunu şüurlu şəkildə dərk etməlidir. İqlim dəyişikliyindən danışarkən qlobal müharibələrdən bəhs etməmək mümkün deyil. Bu gün bizim hər birimiz bu təhlükələrlə üz-üzəyik. Dünya böyük bir evə çevrilib, bu evdə münaqişələr var. Bu, qlobal təhlükəsizliyə də təsirini göstərir. Biz hərbi qarşıdurmaların qarşısını almaq üçün xeyli müzakirələr aparmalıyıq. Ədalət yoxdursa, problemləri həll edə bilməyəcəyik. Bu, Allahın qarşımıza qoyduğu qanunlardır. Lakin real addımların atılması dövlət başçılarından asılıdır. Ümid edirəm ki, bu Sammit uğurlu olacaq və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək”.
Tədbirdə çıxış edən Əl-Əzhər Şeyxinin müavini, Əl-Əzhərin Böyük Üləmalar Heyətinin üzvü Mohammed Abdelrahman Muhamed EIDveny deyib: “COP29-un Azərbaycanda keçirilməsi olduqca önəmlidir. "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti də məhz COP29 çərçivəsindədir. Dinlərin dəyərindən ətraf mühitin xeyrinə istifadə etmək olar. Dövlətlər, beynəlxalq təşkilatlar bu istiqamətdə bir çox addım atıb.

İqlim dəyişikliyi probleminin həlli istiqamətində birlikdə hərəkət etmək lazımdır. Bu, insan varlığının davamı üçün zəruridir.
İslam dinində ətraf mühitə canlı kimi baxılır və hörmət olunur. Gələcək nəsillərin varlığı bu istiqamətdə görülən işlərdən asılıdır. Məqsədimiz iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq olmalıdır. Düşünürəm ki, maarifləndirmə bu sahədə olduqca önəmlidir və dinlər arasında əlaqə gücləndirilməlidir”.
Açılış mərasimindən sonra Dünya dini liderlərinin qlobal Bakı Sammiti işini plenar iclaslarla davam etdirib.
İclasda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsinin qürurverici olduğuna diqqət çəkib. “Əminəm ki, bu toplantının qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaq. Eyni dərəcədə sevindirici haldır ki, biz ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələləri də müzakirə edirik. Bu səylər vasitəsilə biz kollektiv şəkildə gələcəyə dair narahatlıqlarımızı ifadə edirik və üzləşdiyimiz aktual problemlərin həlli yollarını araşdırırıq.
Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir. İnanclarımız fərqli olsa da, planetimizi qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyimiz sərhədləri aşır. Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi və bütün cəmiyyətlərə təsir etdiyi üçün və planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğundan, dinlərarası dialoq vacibdir”, - deyə, R.Həsənov vurğulayıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham Dayanıqlı İnkişaf Məqsədlərində dini icmaların rollarının xüsusi vurğulanmadığını bildirərək deyib: “G20 Dinlərarası Dialoq Forumunun məqsədi də kökündən dəyişməlidir. Biz bilirik ki, dini icmalar birlikdə işləyə bilsə, bu çətinliklərin qarışını ala bilərlər. Çünki onların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var.
Dini icmalar bütün səviyyələrdə işləyərək ciddi nəticələrə nail ola bilərlər. Səylərin bir məqsədə yönəldilməsi çox önəmlidir”.
Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgə Yaşayış Nazirliyinin Baş direktoru Afra Əl Sabri Azərbaycanın tolerantlığın məkanı olduğunu bildirib. deyib ki, burada belə bir körpü qurulması gözəl nümunədir.
“Biz müvafiq həll yolları göstərməklə bu problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Çətinliklər var, amma bizim ümidimiz də var. Ümidlərimiz ümumi məqsədlər üçün bir araya gələndə daha da güclənir. Planetimizi qorumaq üçün mütləq həll yollarını tapmalıyıq. COP29-da biz təkcə iqlim dəyişikliyi haqqında düşünməməliyik, onu hiss etməliyik. Bu, bizim ürəyimizdən gələn arzu olmalıdır. İnanıram ki, birlikdə fərq yarada, yeni nəsillərimizə ümid işığı bəxş edə bilərik. Birlikdə bu dünyanı yaşamaq üçün daha yaxşı bir yerə çevirəcəyik”, - deyə o əlavə edib.
Sammit işini “Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri”, “Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu”, “Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə”, “Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır” mövzuları ətrafında müzakirələrlə davam etdirib.
Xatırladaq ki, ikigünlük sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak edirlər.
Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüsə dəstək olaraq dünya dini liderlərinin iqlim fəaliyyətinə dair müqəddəs dini dəyərlərə istinadən müdrik, səmərəli təklif və əməli səylərini COP29 çərçivəsində səfərbər etmələri Azərbaycan Respublikasının növbəti beynəlxalq uğurudur.

Baxış sayı: 360
Bölməyə aid digər xəbərlər

8-06-2026, 18:19
Lavrov hər kəsi Putinin danışıqlar və Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) haqqında dediklərinə ciddi yanaşmağa çağırdı
8-06-2026, 17:34
Ukrayna Avropa Birliyindən 2,8 milyard avroluq yeddinci tranşı aldı
8-06-2026, 09:56
Polyanski: "ATƏT üzvləri Avropa İttifaqının mövqeyinə görə Rusiya ilə dialoq apara bilmirlər"
8-06-2026, 09:54
Səslərin yarısından çoxu sayıldıqdan sonra Paşinyanın partiyası səslərin 50%-dən azını toplayıb
7-06-2026, 08:09
Çin Belarusun suverenliyinin müdafiəsində ona dəstək olmağa hazır olduğunu bəyan edib
4-06-2026, 23:12
Putin: "Rusiya-Hindistan-Çin əlaqəsi hər kəsə kömək edir"
4-06-2026, 16:03
Medvedev Qərb elitalarına etimadsızlığa çağırdı
3-06-2026, 08:00
Rusiyaya Avropa İttifaqına Tramp kimi yanaşmağı tövsiyə edir
2-06-2026, 21:17
Rusiya Xarici İşlər Nazirliyi Londonun Avropanı Rusiya ilə münaqişəyə cəlb etməyə çalışdığını bildirib
1-06-2026, 17:28
Medvedev Paşinyana Leon Trotskinin sonunu xatırlatdı
31-05-2026, 21:05
Bütün Ermənilərin Katolikosu Ermənistanda ədalətli seçkilərə çağırır
31-05-2026, 17:04
Peskov AB-nin "Qırmızı xətlər"lə bağlı müzakirələrini dayandırdı
31-05-2026, 16:37
Ermənistanda hakimiyyət orqanları kilsəni zəiflətməyə çalışır
31-05-2026, 16:25
Putin Qazaxıstanda keçirilən AİB sammiti çərçivəsində Kuba nümayəndə heyəti ilə danışıb
30-05-2026, 15:54
Voronin Maya Sandunun seçki kampaniyasını xaricdəki seçki məntəqələrində seçki saxtakarlığında günahlandırdı
30-05-2026, 11:41
Rusiya Norveçin təhdid planlarına cavab verəcəyinə söz verib
30-05-2026, 11:30
"JW": Ukrayna üçün maliyyələşdirmə ilə bağlı AB fikir ayrılıqları
29-05-2026, 23:04
Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır-Könül Nurullayeva
29-05-2026, 14:19
Krım Zelenskinin məktubunda Trampdan nə istəməli olduğunu izah etdi
29-05-2026, 12:44
MDB-nin baş katibi Lebedev Paşinyanın AİB sammitində iştirak etməməsinin səbəbini izah etdi
29-05-2026, 12:35
Lebedev: Moldova MDB-dən çıxarkən 102 müqavilənin tərəfi olaraq qalmaq istəyini bildirdi
28-05-2026, 17:53
Zaxarova: "Yerevanın Rusiya Federasiyasından müşahidəçiləri akkreditasiya etməkdən imtina etməsi səhv başa düşülür"
28-05-2026, 09:27
Milli birlik sayəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib-Könül Nurullayeva
27-05-2026, 19:04
Paşinyan bildirib ki, Ermənistan varlanmağı planlaşdırdığı üçün yüksək qiymətlərdən qorxmur
27-05-2026, 18:26
Fransa Xarici İşlər Nazirliyi Kiyevdən təxliyə xəbərlərindən sonra Rusiya səfirini çağırdı
27-05-2026, 00:28
Vüqar Rəhimzadə: "Ulu Öndər Azərbaycanın müstəqilliyini əbədi etdi"
26-05-2026, 14:30
Polşanın Kiyevdən diplomatlarını təxliyə etmək planı yoxdur
26-05-2026, 13:46
Çexiya Respublikasının müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyində 10 dəqiqəlik səfərdə olub
24-05-2026, 16:44
Paşinyan Ermənistanla Aİ arasında vizasız səyahətin tətbiq olunma müddəti barədə danışdı
24-05-2026, 16:34
Kallas Kiyevə "Oreşnik" hava hücumundan sonra Rusiyaya qarşı yeni AB sanksiyalarını açıqladı
24-05-2026, 16:21
Rusiya Qərbin reaksiyasına səbəb olmaq üçün nüvə təlimləri keçirmir
21-05-2026, 17:30
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
21-05-2026, 17:21
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi
20-05-2026, 19:55
Şoyqu Zelenskinin səfəri ilə bağlı Yerevanın erməni yaddaşını lağa qoyduğunu qeyd edib
19-05-2026, 20:30
Seçicilərlə görüşlərdə Paşinyanın aqressiv davranışını izah etdi
19-05-2026, 11:49
Putin Mərakeşə yeni Rusiya səfiri təyin etdi