Bütün xəbərlər
Gürcüstan müxalifəti noyabrın 4-də Tbilisidə seçkinin nəticələrinə qarşı mitinq keçirəcək
Tarix: 31-10-2024 21:10 | Bölmə: Siyasət

Noyabrın 4-də Tbilisidə Gürcüstanın müxalifət partiyaları parlament seçkilərinin nəticələrinə qarşı mitinq keçirəcək, bu barədə “Güclü Gürcüstan” koalisiyasının üzvü Anna Dolidze məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dolidze brifinqdə bildirib ki, noyabrın 4-də, bazar ertəsi Gürcüstanda parlament binası yaxınlığında müxalifət nümayəndələrinin iştirakı ilə mitinq keçiriləcək. Onun sözlərinə görə, aksiya zamanı təfərrüatlı fəaliyyət planı elan olunacaq və bununla da etirazın ölkə daxilində və xaricində necə inkişaf edəcəyi müəyyənləşəcək.
Bundan əvvəl ABŞ-da Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində baş verən qanun pozuntuları ilə bağlı əlində olan bütün məlumatları verməyə çağırıb. Xatırladaq ki, anti-Rusiya sanksiyalarına qarşı çıxan hakim “Gürcü arzusu” partiyası seçkilərdə qalib gəlib.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər