22:57 / 01-11-2024
Sərnişin avtobusu aşıb
20:41 / 01-11-2024
Yeni məktəbdə tavan uçub
Bütün xəbərlər
Rusiya Federasiyası ilə İndoneziya arasında danışıqlarda "Su-35"lə bağlı “dondurulmuş” razılaşma müzakirə oluna bilər
Tarix: 28-10-2024 15:25 | Bölmə: Siyasət

Rusiya və İndoneziya arasında keçiriləcək növbəti danışıqlarda ölkələrin nümayəndələri Qərbin sanksiyaları səbəbindən dayandırılmış "Su-35" qırıcılarının İndoneziya bazarına ixracına dair sazişi müzakirə edəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın İndoneziyadakı diplomatik missiyasının rəhbəri Sergey Tolçenovun sözlərinə görə, müqavilənin bəzi bəndlərinə yenidən baxılmalıdır.
"Biz hələ də ümid edirik ki, gələcəkdə nə vaxtsa müqavilə həyata keçiriləcək. Bu, növbəti danışıqlar üçün mövzu olmalıdır", - o deyib.
Diplomatik nümayəndəliyin rəhbəri qeyd edib ki, Rusiya hazır silahların tədarükü ilə yanaşı, birgə istehsal layihələri, həmçinin texnologiya mübadiləsini də nəzərdən keçirə bilər.
2021-ci ildə 1,1 milyard dollar dəyərində "Su-35"in alınması ilə bağlı müqavilə müzakirə edilib, lakin tezliklə Qərbin sanksiyalarının təzyiqi ilə İndoneziya hakimiyyəti layihəni dondurdu. Rusiya qırıcısı öz radar sistemindən istifadə edərək 350 kilometrə qədər məsafədə digər təyyarələri aşkarlaya bilir.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər