Bütün xəbərlər
Gürcüstanda keçirilən seçkilərin nəticələri 4 müxalifət partiyası tərəfindən tanınmayıb
Tarix: 27-10-2024 14:44 | Bölmə: Siyasət

Gürcüstanın dörd müxalifət partiyası “Gürcü arzusu”nun parlament seçkilərindəki qələbəsini tanımayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Gürcüstan Naminə Qaxariya" partiyası seçkilərin nəticələrini tanımadığını, partiyanın lideri Giorgi Qaxaria bildirib.
O, brifinqdə deyib: “Dərc olunan nəticələr, təbii ki, gürcü xalqının iradəsini əks etdirmir.
“Dəyişiklik Koalisiyası”, “Birlik – Milli Hərəkat” və “Güclü Gürcüstan” partiyaları da əldə olunan nəticələrlə razılaşmadıqlarını bildiriblər.
Daha əvvəl bildirilmişdi ki, “Gürcü arzusu” protokolların 99 faizinin hesablanmasının nəticələrinə əsasən 54,2 faiz səs toplayıb.



Baxış sayı: 227


Bölməyə aid digər xəbərlər